Roberto Karlos haqqında yayılan infarkt xəbərlərinə aydınlıq gətirdi

Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Roberto Karlos mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərdən sonra açıqlama verib.

Daha əvvəl onun əməliyyat olunduğu və infarkt keçirdiyi barədə məlumatlar yayılmışdı.

Komanda.az xəbər verir ki, Karlos sosial şəbəkə hesabında bu iddialara aydınlıq gətirərək bildirib:

“Bu yaxınlarda tibbi komandamla əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçmişəm. Məndə ürək tutması olmayıb”.

O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb və ona göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir