Tanınmış hücumçu klubunu dəyişməyə yaxındır

Tanınmış hücumçu Halk Braziliyanın “Atletiko Mineyro” klubundan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun xidmətində ölkənin digər təmsilçisi “Botafoqo” maraqlıdır. Bildirilir ki, “Botafoqo” artıq Halkın mümkün transferi ilə bağlı danışıqlara başlayıb.

Braziliyalı hücumçu 2021-ci ildə Çinin “Şanxay Port” klubundan azad agent kimi “Atletiko Mineyro”ya keçib. Onun klubla müqaviləsinin müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

Halk cari mövsümdə bütün turnirlərdə 61 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir