“Neftçi”nin sabiq baş məşqçisi Monteneqro klubunda

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviçin yeni iş yeri məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Monteneqronun “Buduçnost” klubuna baş məşqçi təyin edilib. Bu barədə “Vijesti” nəşri məlumat yayıb.

“Buduçnost” bu mövsüm 4-cü dəfə məşqçi dəyişikliyinə gedib. Komanda Liqada 19 turdan sonra 10 komanda arasında 7-cidir.

Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa kimi “Neftçi”yə rəhbərlik edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir