“Qarabağ”ın futbolçusu Marko Yankovic sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi instaqramda bunları yazıb:
“Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Bu prosesdə görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”.
