“Napoli” “Qarabağ”la matçda baş verənlərə görə cərimələnib

UEFA “Qarabağ”la oyunda yaşananlara görə “Napoli”ni cərimələyib.

Komanda.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında yaşananlar səbəb olub.

Neapol təmsilçisi sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5250 avro ziyana düşüb.

İtaliyada baş tutmuş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir