FİFA aut və ofsayd üçün yeni texnologiyanı sınayır

FİFA aut və ofsaydları müəyyən etmək üçün yeni texnologiyanı sınaqdan keçirir.

Yeni sistem Qətərdə keçirilən ölkələrarası kubokun üç oyununda test olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA “real vaxtda 3D-rekonstruksiya” funksiyasının imkanlarını genişləndirib, bu da ofsaydların daha sürətli və dəqiq müəyyən edilməsinə şərait yaradır.

Yeni texnologiyada iki virtual axın istifadə olunacaq: biri video-assistent referiyə, digəri isə televiziya tamaşaçılarına təqdim olunacaq. Bu, oyun zamanı qərarların şəffaflığını və dəqiqliyini artıracaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir