“Qarabağ”ın futbolçusu üçün daha iki “elçi”

“Qarabağ”ın futbolçusu Pedro Bikalyo daha iki klubun maraq dairəsinə düşüb.

Futbolpress.az xəbər verir ki, Braziliyanın “Flamenqo” klubu ilə yanaşı, Türkiyə təmsilçisi “Sivasspor” və Portuqaliyanın “Braqa” komandası yarımmüdafiəçini transfer etmək niyyətindədir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

“Botafoqo” klubu bundan əvvəl Bikalyo üçün iki dəfə təklif göndərsə də, “Qarabağ” rədd cavabı verib.

Pedro bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir