“Hər kəs geridönüş üçün maksimum gücünü qoydu” – Rüstəm

“Sumqayıt” Premyer Liqanın XV turunda “Neftçi” ilə heç-heçə edib – 2:2.

“Kimyaçılar”ın hücumçusu Rüstəm ƏhmədzadəFutbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

Çox maraqlı oyun keçdi. Ağır olacağını bilirdik. “Neftçi” böyük istək və fədakarlıqla oynayırdı. Fasilədən sonra taktiki dəyişikliklər etdik və səhvlərimiz düzəltdik. Həm də komandada ruh yüksəkliyi yaranmışdı. Hər kəs geridönüş üçün maksimum gücünü qoydu”.

Premyer Liqada 100 oyun sayına çatan Əhmədzadə yubileylə bağlı təəssüratlarının xoş olduğunu bildirdi. O, çempionatda növbəti turun “Sabah”la oyunu ilə bağlı da fikirlərini söylədi:

Sabah”la oyun ciddi və maraqlı olacaq. Rəqib çox yaxşı formadadır və stabil nəticələr qazanırlar. Oyuna maksimum şəkildə yaxşı hazırlaşacağıq. Xal və ya xallar qazanmaq niyyətindəyik, bunun üçün çalışacağıq”.

Rüstəm komandanın və özünün çıxışına da toxundu:

“Məncə, I dövrəni pis keçirmədik. Hər şeydən razıyam. Oyunumun da pis olduğunu düşünmürəm. Amma fasilədən sonra qarşıma yeni və yüksək tələblər qoyacağam”.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir