“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda – Rəsmi

Ötən mövsüm “Sabah”a rəhbərlik edən Vasili Berezutski “Ural”ın yeni baş məşqçisi olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Berezutski futbolçu karyerasını başa vurduqdan sonra Niderlandın “Vitess”, Rusiyanın “Krasnodar” və ÇSKA, həmçinin, Çin təmsilçisi “Şanxay Şenxua” klubunun məşqçilər korpusunda çalışıb. 2024–2025-ci illərdə isə Azərbaycanın “Sabah” komandasının baş məşqçisi olub və ölkə kubokunu qazanıb.

Hazırda “Ural” Rusiyanın səviyyəcə ikinci olan Pari Liqasında 21 oyunda topladığı 41 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Birinci yerdə 48 xala malik “Fakel” yer alır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir