Qvardiola: “Hər şey öz əlimizdədir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında “Real”a qarşı oyunda 2:1 hesablı qələbəni dəyərləndirib.

“Santyaqo Bernabeu”dakı qarşılaşmada bütün qollar fasiləyə qədər vurulub. Meydan sahiblərini 28-ci dəqiqədə Rodriqo hesabda önə çıxarıb. “Şəhərlilər” isə buna 35-ci dəqiqədə Nik Oraylinin və 43-cü dəqiqədə Erlinq Halandın (penaltidən) qolları ilə cavab veriblər.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı matçdan sonra “TNT Sports”-a açıqlamasında nəticədən razı qaldığını bildirib:

“Düzdür, daha yaxşı ola bilərdik. “Santyaqo Bernabeu”da qalib gəlmək həmişə çox çətindir. Komandamızda dörd, beş, hətta altı futbolçu var idi ki, burada ilk dəfə oynayırdı. Ola bilsin, hələ bu səviyyəyə tam hazır deyilik. Amma komandamız böyüyür, yeni oyunçular təcrübə toplayır. Burada qələbə qazanmaq sevindiricidir. Artıq 13 xalımız var! Məqsədimiz ilk səkkizliyə düşməkdir və hər şey öz əlimizdədir”.

“Mançester Siti” hazırda Çempionlar Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir