Meksika millisinin növbəti baş məşqçisi məlum oldu

“Barselona”dakı çıxışı ilə tanınan Rafael Markes DÇ-2026-dan sonra rəsmi olaraq Meksika milli komandasının baş məşqçisi olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının prezidenti İvan Sisnieqa məlumat verib:

“Rafael Markesin müqaviləsinə əsasən, o, dünya çempionatından sonra milli komandanın baş məşqçisi olacaq və Xavyer Aqirreni əvəz edəcək”.

Markes 2024-cü ildən Meksika yığmasının məşqçisi kimi çalışırdı və indi rəsmi olaraq irəliləyiş əldə edib.

DÇ-2026 Meksika üçün ev mundialı sayılır – yarış bu ölkə ilə yanaşı, Kanada və ABŞ-da keçiriləcək.

Markes futbolçu kimi beş dünya çempionatında iştirak edib. O, bu rekordu Lionel Messi və Kriştiano Ronaldo da daxil olmaqla bir neçə futbolçu ilə bölüşür.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir