Kannavaro özbəkləri təriflədi, havadan şikayətləndi

Özbəkistan millisinin yeni baş məşqçisi Fabio Kannavaro ölkə haqqında təəssüratlarını bölüşüb. İtaliyalı mütəxəssis milli komandaya bu ilin oktyabrında baş məşqçi təyin edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı çalışdırıcı əsasən paytaxt Daşkənddə yaşadığını söyləyib:

“Daşkənd beynəlxalq şəhərdir, sürətlə inkişaf edir. Burada həm qədim, həm də yeni yerlər var. İnsanlar çox xoşxasiyyət və mehribandır. Uyğunlaşmada heç bir çətinlik çəkmədik. Səmərqənddə də olduq, çox gözəl yerdir”.

O, havanın keyfiyyəti ilə bağlı problemin qaldığını da vurğulayıb:

“Hər yerdə olduğu kimi, burada da müsbət və mənfi cəhətlər var. Hazırda əsas mənfi şey havanın çirkliliyidir – çox yüksəkdir. Amma iş şəraitimizdən olduqca razıyıq. Federasiyanın təqdim etdiyi yeni idman mərkəzi əladır”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir