
Uruqvaylı hücumçu Luis Suares “İnter Mayami” ilə yeni müqavilə imzalaya bilər.
Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Klubun həmtəsisçisi Xorxe Masa mətbuata açıqlamasında 38 yaşlı futbolçunu daha bir il komandada görmək istədiklərini bildirib. Onun sözlərinə görə, rəhbərlik Suaresin qalmasını istəyir, ancaq yekun qərar hücumçunun özünə məxsusdur.
Suares ötən MLS mövsümündə 32 qarşılaşmada iştirak edib, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, 2023-cü ilin dekabrından “İnter Mayami”nin şərəfini qoruyur,
