“İnanıram ki, “Qarabağ” şanslarından maksimum istifadə edəcək”

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 21:45-də start veriləcək.

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Futbolpress.az”a açıqlamasında Azərbaycan təmsilçisinin şanslarını dəyərləndirdi:

Qarabağı daha şanslı sayıram. “Ayaksəvvəlki komanda deyil. Oynadıqları çempionat bizimkindən qat-qat üstündür. Buna görə çətin olacaq. Amma “Qarabağın öz üslubu var. Buna görə komandanın qələbə şansları böyükdür. Xüsusilə, müdafiədə diqqətli olmaq lazımdır. İnanıram ki, “Qarabağşanslarından maksimum istifadə edəcək”.

“Qarabağ” Çempionlar Liqasında 7 xalla 21-ci sıradadır. Xalı olmayan “Ayaks” isə sonuncudur.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir