
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının növbəti matçında komandasına kömək edə bilməyəcək futbolçuların adlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Brügge” ilə qarşılaşmanın iştirak ərizəsinə Uilyam Saliba, Deklan Rays və Leandro Trossardın daxil edilməyəcəyini bildirib:
“Həmçinin, gənc futbolçumuz Maks Douman zədələnib və bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu, yolun bir parçasıdır. Belə səviyyədə, belə mövqedə və bu oyun tərzi ilə oynayanda bu cür şeylərin baş verməsi qaçılmazdır. Daha pis də ola bilərdi”.
Çempionlar Liqasının 6-cı turunda keçiriləcək “Brügge” – “Arsenal” matçı bu gün, saat 00:00-da start götürəcək.
