ÇL: “Alvares bu gün oyunu yenidən dəyişdi”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında PSV ilə oyunda (3:2) hücumçu Xulian Alvaresin oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun performansı haqda bunu söyləyib:

“Çoxunun istədiyi kimi, Alvares bu gün oyunu yenidən dəyişdi. O, çox çalışdı, qaçdı və fərdi sehrli anları oldu. Qol üçün ötürmə sadəcə möhtəşəm idi”.

Forvard 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Madrid klubu ikinci hissədə daha iki qol vuraraq 3 xal qazanıb.

Alvares bu mövsüm 21 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir