Futzal üzrə Yüksək və Birinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” gələn il yanvarın 6-də açılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandalar yeni transferlərini fevralın 6-ı, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
