
“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 6-cı turu öncəsi komandanın məşqini buraxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin əsas qrup məşqlərində yarımmüdafiəçi Eduardo Kamavinqa da iştirak etməyib.
“Real” – “Mançester Siti” matçı sabah, saat 00:00-da start götürəcək və oyun “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Baş hakim vəzifəsini fransalı Kleman Türpen icra edəcək.
Cari Çempionlar Liqası mövsümünün finalı 30 may 2026-cı il tarixində, Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
