Keçmiş komanda yoldaşından Busketsə: “Səninlə oynamaq xoş idi”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Busketsin karyerasını bitirməsi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, almaniyalı qolkiper sosial şəbəkə hesabındakı paylaşımında ispaniyalı futbolçuya uğurlar arzuladığını deyib:

“Mükəmməl karyeran münasibətilə təbrik edirəm, Buskets. Daha bir kubokla ayrıldığını görmək çox xoşdur. “Barselona”nın və futbolun əfsanəsi, öz mövqeyində tarixin ən yaxşılarından biri! Səninlə oynamaq xoş idi. Növbəti mərhələdə sənə uğurlar arzulayıram”.

Buskets 2008-ci ildən 2023-cü ilə qədər “Barselona”nın əsas komandasında oynayıb, daha sonra “İnter Mayami”yə keçib. ABŞ klubunun MLS-in pley-off finalında “Vankuver” üzərində 3:1 hesablı qələbəsi 37 yaşlı futbolçunun son oyunu olub. O, bir neçə ay əvvəl mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini açıqlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir