Suares vətənə dönür

“İnter Mayami”nin hücumçusu Luis Suares karyerasını Uruqvayda davam etdirməyə yaxınlaşır. 38 yaşlı hücumçunun klubla müqaviləsi ayın sonunda başa çatacaq və görünür ki, tərəflər anlaşmanı yeniləməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Suares yaxın günlərdə yetişdiyi klub olan Montevideo “Nasyonal”ının baş məşqçisi ilə görüşəcək. Tərəflər onun vətənə qayıtmaq ehtimalını müzakirə edəcəklər.

Uruqvaylı hücumçu karyerasına məhz “Nasyonal”da başlayıb və Avropadan ayrıldıqdan sonra – 2022-ci ilin yayında ilk yarım mövsümü də bu klubda keçirmişdi.

Suares bu mövsüm “İnter Mayami”nin heyətində 50 matçda 17 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir