Sürprizsiz mərhələ

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az-ın məlumatına görə, matçlardan sonra ancaq Premyer Liqa təmsilçiləri mərhələ adlayan tərəf olub.

Turun mərkəzi qarşılaşması “Zirə” – “Neftçi” arasında baş tutub. Qəsəbə təmsilçisi əlavə vaxtda vurduğu qolla “ağ-qaralar”ı mübarizədən kənarlaşdırıb.

Ümumiyyətlə, bir matçdan ibarət 1/8 finalda üç görüş əlavə vaxta gedib. Bunlar Premyer Liqa komandaları arasındakı duellərə təsadüf edib.

“Sabah” “İmişli”ni, “Zirə” “Neftçi”ni, “Kəpəz” isə “Araz-Naxçıvan”ı əlavə vaxtda vurduğu qollarla məğlub etməyi bacarıb.

Kubokda 1/8 finalda sensasiya yaşanmadı. Favoritlər qazandı, I Liqa klubları mübarizələrini sonlandırdı. Bu raundun oyunları çempionatlar arasında səviyyə fərqinin kifayət qədər olduğunu da üzə çıxardı.

Yalnız I Liqada lider “Şəfa”nın “Qəbələ”yə çətinlik yaşada bildiyini qeyd etmək olar. Digərləri – “Şahdağ Qusar”, “Baku Sporting”, “Difai” isə rəqiblərinə “diş göstərə” bilmədi.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir