Əvvəlcə Arnar, sonra Abbasov

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə baş tutacaq. Əvvəlcə İslandiya yığmasının baş məşqçisi Arnar Gyunnleyqsson media önünə çıxacaq. Ayxan Abbasovun konfransı isə 19:30-da olacaq.

12 noyabr

İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı

Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir