
Uruqvay yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu Dieqo Forlanın “Over40” (40 yaşdan yuxarı) kateqoriyasında keçirilən oyunda üç qabırğası sınıb və xəstəxanaya yerləşdirilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2010-cu il dünya çempionatının əsas simalarından olan Forlanın zədəsi ciddi hesab olunmasa da, həkimlərin nəzarəti altında olub və sabah evə buraxılması planlaşdırılır.
Forlan karyerası boyunca yalnız İngiltərədə çıxış etməyib: o, həmçinin, “Atletiko”, “Vilyarreal” və “İnter” klublarında da forma geyinib.
Forlan “Atletiko” ilə UEFA Avropa Liqasını, 2011-ci ildə isə Uruguay yığması ilə Amerika kubokunu qazanıb. O, karyerasını 2018-ci ildə, Honkonqda başa vurub.
