“Modriç Xorvatiya millisini dünya çempionatına çıxarmaq istəyir”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç 40 yaşlı yarımmüdafiəçi Luka Modriçin səviyyəsini yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat çalışdırıcı, Modriçin möhtəşəm futbol nümayiş etdirdiyini bildirib:

“Luka hələ də sübut edir ki, yaş artdıqca oyunu daha da yaxşılaşır. Modriç möhtəşəm futbol nümayiş etdirir. O, unikal oyunçudur və Xorvatiya millisini dünya çempionatına çıxarmaq istəyir. Biz ABŞ-da yaxşı nəticə qazanmaq niyyətindəyik”.

Xorvatiya millisi dünya çempionatının seçmə oyununda Monteneqro yığmasını 4:0 hesabı ilə məğlub edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir