“Araz-Naxçıvan” məğlub oldu

“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Bakıda “Omoniya” ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da baş tutan görüş rəqiblərin qələbəsiylə başa çatıb.

Komandalar arasındakı cavab görüşü avqustun 14-də Kiprdə olacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

7 avqust

20:00 Araz-Naxçıvan – Omoniya (Kipr) 0:4

Qol: Lazou, 12, 22, Evandro, 55, Yovetiç, 58

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir